Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ən yaxşı hücumçu cütünü seçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçunun seçimi “Liverpul”dan Məhəmməd Salah və Luis Dias olub:
“Məhəmməd Salah və Luis Dias. Onların oyun təcrübəsi Ceremi Doku və Olivye Savinyodan daha çoxdur.
Ona görə də, bu, qeyri-bərabər müqayisədir. Salah və Dias məhsuldar birləşmədir, onlar komandanın oyununa mükəmməl inteqrasiya olunublar. Savinyo və Dokuya daha çox vaxt lazımdır”.
“Mançester Siti” İngiltərə Premyer Liqasının 3 turundan sonra 9 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Liverpul” 2-ci pillədə qərarlaşıb.