AZ

Sərhəddə atəşkəs buna görə pozulurmuş – ŞOK DETALLAR açıqlandı

Son zamanlar Zəngəzur istiqamətindən edilən erməni təxribatları, xüsusilə, Naxçıvan yönündə atəşkəs rejiminin pozulması regionda gərginliyin yenidən artmasına işarə edir. Uzunmüddətli sakitlikdən sonra baş verən bu hücumlar yalnız sadə hərbi manevrlərdən daha geniş bir strateji planın tərkib hissəsi ola bilər.

Ermənistanın bu təxribatlarla hansı məqsədləri güddüyü və bunun arxasında hansı siyasi və hərbi motivlərin dayandığı suallar doğurur. Regionda stabilliyin qorunması və sülh proseslərinin davam etdirilməsi üçün bu cür təxribatların dayandırılması böyük əhəmiyyət daşıyır.

Maraqlıdır, artan erməni təxribatları nədən xəbər verir, hansı məqsədlərə xidmət edir və bu təxribatların arxasında kimlər dayanır?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Azər Bayramov News24.az-a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla şərti həmsərhəd ərazilərdə bəzi terrorçu qruplaşmlar yerləşdirib:

“Düzdür, atəşkəs əsasən Naxçıvan istiqamətindən pozulur, amma düşünürəm ki, həmin terrorçu qruplaşmlar harda yerləşdirilibsə, elə həmin ərazilərdən atəş açılır. Bundan əvvəl Kəlbəcər və Laçın istiqamətindən də ərazilərimiz atəşə tutulub. Yəni bu məsələ istiqamətlə yox, Ermənistan rəhbərliyin hazırda tutduğu mövqedən asılıdır. Ermənistan rəhbərliyi məsuliyyətdən yayınmaq üçün onları qabağa verir. Ermənistan sərhəddə yeni hərbi hissələr tikir. Bütün bunlar onların planlı şəkildə irəliləyən əməlidir”.

Ekspert qeyd edib ki, Ermənistan Hindistan da daxil olmaqla bir sıra digər Qərb dövlətlərindən silah tədarük edirlər. Onun sözlərinə görə, Ermənistan atəşkəsi pozmaqla Qərbə sübut etmək istəyir ki, guya bunlar təhlükədədir və onlara daha çox maliyyə ayrılmalıdır: “Ermənistan yaratdığı bu stuasiya ilə öz məqsədinə doğru getmək istəyir. Ancaq bu gün görünən mənzərə budur ki, Ermənistan bu temblə getsə, Azərbaycan məcbur olaraq addım atacaq. Qarşıdan COP-29 tədbri gəlir və bu ərəfədə də Ermənistan bizi qıcıqlandıracaq təxribatlara əl atacaq”.

Azər Bayramov əlavə edib ki, Azərbaycan Ermənistan atəşkəs pozuntularına və digər təxribatlarına hələki səbrlə yanaşır. Amma belə gedərsə, təəssüf ki, Azərbaycan bu xoşagəlməz vəziyyətə daha çox dözüm göstərməyəcək və daha əvvələr də olduğu kimi düşmənə öz layiqli cavabını verəcək.

Seçilən
34
3
nocomment.az

4Mənbələr