AZ

Hücuma məruz qalan millimizin kapitanı çağırış etdi: "Bilin ki, bu mən deyiləm"

Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadəyə hücum olunub.

28 yaşlı futbolçunun şəxsi telefonuna kənar şəxslər müdaxilə edib.

Naməlum şəxslər Sevincin "votcap" hesabından onun dostlarına müxtəlif məzmunlu mesajlar yazıb.

Millimizin üzvü bu barədə "instaqram" hesabından paylaşım edib.

Müqavilə ilə Rusiya "Krasnodar"ına məxsus olan yarımmüdafiəçi icarə əsasında Səudiyyə Ərəbistanın “İstern Fleyms” klubunda çıxış edir.

O, daha əvvəl ölkəmizdə "Zaqatala", "Fidan", Rusiyada isə "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
85
sportinfo.az

1Mənbələr