Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.
Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.