AZ

İrəvanda amerikalı iş adamının arvadını oğurlayanların təşkilatçıları həbs edildi

İrəvanda amerikalı biznesmenin 55 yaşlı arvadının oğurlanması ilə bağlı sensasiyalı işin 4 təşkilatçısı və vasitəçisi həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə shamshyan.com kriminal xronika saytı məlumat yayıb.

Müəyyən edilib ki, adam oğurluğunu ABŞ-dan Ermənistana qayıdan 37 yaşlı Vaçe I. təşkil edib və planlaşdırıb. O, dörd nəfərin daxil olduğu bir qrup yaradıb.

Onlar 4 milyon dollar fidyə tələb ediblər, lakin qaçırılan qadının əri ilə uzun sürən danışıqlar nəticəsində məbləğ 800 min dollar olub.

Xatırladaq ki, adam oğurluğu sentyabrın 4-də baş verib. Qadın Ermənistanın Tavuş vilayətinin Voskepar kəndinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları sentyabrın 8-də saxlamağa nail olublar. Hadisəni törədən 5 nəfərdən üçü İrəvan hava limanında saxlanılıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
71
konkret.az

1Mənbələr