AZ

ABŞ dövlət katibi ilə Ermənistan baş naziri arasında telefon danışığı olub

Tbilisi, 13 sentyabr, AZƏRTAC

ABŞ Dövlət katibi Entoni Blinken ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesi və Ermənistan-ABŞ münasibətləri diqqət mərkəzində olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
92
2
azertag.az

1Mənbələr