19 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror əməliyyatlarında mühüm və tarixi bir qərara imza atdı. Bu əməliyyat, bölgədəki erməni separatizminə son qoymaq məqsədi güdürdü və nəticələri ilə geniş əks-səda doğurdu. Azərbaycan Ordusunun bu tədbirləri, milli təhlükəsizlik və ərazi idarə edilməsi baxımından bir başlanğıc oldu.Düşmən qüdrətli ordumuzun qarşısında 23 saat 44 dəqiqə dayana bildi.Agır itkilər verən işğalçılar ag bayraq qaldıraraq təslim oldu.Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin,12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər isə mülki şəxsdir. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçusu və 1 mülki şəxs yaralanmışdır. 19 sentyabrda ugurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.Antiterror tədbirləri tariximizə böyük hərflərlə yazıldı. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş ugurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu.Zöhrə Səmədova,Qamət Abbasov adına 284 saylı tam orta məktəbin tarix müəllimi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta