AZ

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

Bakı. Trend:

Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslərilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. Bu, 700 kilometryüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı başverib.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindənbildirblər.

Məlumata əsasən, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn”kommersiya missiyası zamanı komandir Cared Ayzekman (JaredIsaacman) və missiya mütəxəssisi Sara Gillisin (Sarah Gillis)təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyatakeçiriblər.

Komanda hazırlıq görüb, xüsusi kostyumlarını geyinib və havakilidini açıb. Bundan sonra ilk ekipaj üzvü Cared Ayzekman gəmidənkənara çıxıb. Ondan sonra Sara Gillis da açıq kosmik məkanayollanıb.

Gəmidənkənar fəaliyyətə (EV) hazırlıq - astronavtlar açıqkosmosa çıxışı belə adlandırırlar - uçuşdan əvvəl kosmik gəmidə başverib. Hər bir komanda üzvünün öz vəzifələri var: Cared Ayzekmanilk olaraq həyata keçirib, o, kostyumun sürətlə hərəkətetməqabiliyyətini yoxlayıb. Onun ardınca Sara Gillis çıxıb, o, eyniyoxlamaları aparacaq. Digər ekipaj üzvləri kabinədə qalır, özyoldaşlarını dəstəkləyirlər.

Seçilən
35
6
az.trend.az

10Mənbələr