AZ

Ağ Ev onların görüşünü təsdiqləmədi

Ağ Evin sözçüsü Karin Jan-Pyer BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ və Ukrayna liderləri Co Bayden və Volodimir Zelenski arasında görüşün mümkünlüyünü şərh edib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, məlumatı təsdiqləməyib.

“Hazırda mən BMT BA-nın yüksək səviyyəli həftəsi ilə bağlı hər hansı təfərrüatı təsdiq edə bilmərəm. Daha sonra əlavə məlumat verə biləcəyik”, - deyə o bildirib.

Bundan əvvəl, Ukrayna mediası liderlərin Vaşinqtonda görüşəcəyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi sentyabrın 24-dən 30-na kimi keçiriləcək.

Seçilən
185
6
qafqazinfo.az

10Mənbələr