Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətində əks-hücum əməliyyatına başladığını bildirib.
STRANA.ua onun sözlərini sitat gətirir: “Hər şey bizim Ukrayna planımıza uyğun gedir”.
O, həmçinin əlavə edib ki, Ukrayna Belarus ərazisində qoşun topladığını görür və “bu prosesə nəzarət edir”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Silahlı Qüvvələri artıq Kursk vilayətindən Ukrayna qoşunlarını sıxışdırıb çıxarır.
DOĞRU.AZ