AZ

Türkiyədə öldürülən səkkiz yaşlı Narinin anası DANIŞDI

Türkiyədə səs-küyə səbəb olan Narin Güranın qətli ilə əlaqədar saxlanılan anası Yüksel Güranın prokurorluğa verdiyi ifadə üzə çıxıb.

Oxu.Az xəbər verir ki, dindirilmə zamanı soyuqqanlı və sakit davranan ana ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, prokurorun verdiyi bir çox suala “bilmirəm, məlumatım yoxdur və görməmişəm” deyərək cavab verib.

Qadın qaynı (uşağın qətlində bir nömrəli şübhəli olan əmisi) ilə yaxın münasibətini soruşduqda: “Qətiyyən belə bir şey yoxdur, bu iddialara görə utanıram. Narini öldürənlərə Allah lənət etsin” deyib.

Prokuror qadından qaynına üç dəfə zəng etməsinin səbəbini soruşub. Yüksel Güran ona səhvən bir dəfə zəng etdiyini və digər zənglərin olmadığını bildirib. Qadın digər zəngləri izah edə bilməyib.

Seçilən
97
16
medianews.az

10Mənbələr