AZ

Kim Çen In atom silahları üçün nüvə materiallarının istehsalını artırmağı əmr edib

Şimali Koreya lideri Kim Çen In Nüvə Silahları İnstitutuna və atom silahları üçün nüvə materiallarının istehsalı bazasına baş çəkib...

Polqion Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadəb xəbər verir ki, o, nüvə materiallarının istehsalının artırılmasına göstəriş verib.

Şimali Koreya lideri nüvə silahı və nüvə materialları üçün döyüş başlıqlarının istehsalını yoxlayıb. O, həmçinin uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayının artırılması barədə göstəriş verib. Onun fikrincə, arsenalı “eksponensial” artırmaq üçün “hazırda əldə edilən nailiyyətlərlə dayanmamaq” lazımdır.

Kim Çen In iddia edir ki, son vaxtlar “Amerika imperialistləri və onların peyklərindən gələn nüvə təhdidləri daha açıq şəkil alıb” və “qırmızı xətti keçib”. Şimali Koreya liderinin sözlərinə görə, Pxenyan Vaşinqtona cavab verə bilmək üçün təhlükəsizlik məsələlərini həll etməlidir.

Xatırladaq ki, avqust ayında Pxenyanda hər biri dörd raketdən ibarət 250 taktiki ballistik raket buraxılış qurğusunun Cənubi Koreya ilə sərhəddə yerləşən hərbçilərə təhvil verilməsi mərasimi keçirilib. Sentyabr ayında xalqa müraciətində Kim Çen In deyib ki, KXDR öz nüvə qüvvələrini dövlətin təhlükəsizliyini təmin etmək üçün istənilən vaxt lazımi şəkildə istifadə etməyə hazır olmaq üçün nüvə silahlarını artırmaq niyyətindədir.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
poliqon.info

3Mənbələr