AZ

Mərakeşdə meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ilk meymun çiçəyi hadisəsi Mərakeşdə qeydə alınıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, yoluxan şəxsin xəstəliyi dünən, sentyabrın 12-də təsdiqlənib.

Nazirlikdən bildirilib ki, xəstənin vəziyyəti stabildir, heç bir əlaməti yoxdur, heç kimlə əlaqəsi yoxdur. Reuters yazır ki, virus infeksiyasının hansı variantının müəyyən edildiyi hələ ki, məlum deyil.

Xatırladaq ki, avqust ayında Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyi ilə bağlı ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Virus Konqo Demokratik Respublikasında yayılmağa başlayıb və sonradan Burundi, Keniya, Ruanda və Uqandada yoluxma halları müəyyən edilib. İsveç keçən ay ilk yoluxma hadisəsini qeydə aldı.

Poliqon.info

Seçilən
107
1
poliqon.info

2Mənbələr