AZ

"İstanbul Klinika"ya yazılan protokola bu tarixdə baxılacaq

"İstanbul Klinika" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə sentyabrın 26-da baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətal Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 13 Sentyabr 2024, 08:03   
Seçilən
107
pravda.az

1Mənbələr