AZ

Avtomobilinizi payıza hazırlamaq üçün 5 vacib addım: Ekspertdən məsləhətlər

Payız gəldikdə hər bir avtomobil sahibi nəqliyyat vasitəsinin hazırlanmasına xüsusi diqqət yetirməlidir. Bunun üçün bir neçə sadə, lakin vacib məqama diqqət yetirmək lazımdır.

 

Rusiyanın Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytseyer "Moskva 24"-ə verdiyi müsahibədə bu məsələ ilə bağlı dəyərli tövsiyələr verib.

 

O, ilk növbədə şüşə təmizləyicisini dəyişdirməyi məsləhət görür.

 

"Yay variantını payızın ortalarına qədər istifadə etmək olar, lakin 10 dərəcə Selsi və daha aşağı temperaturda qış şüşə təmizləyicisinə keçmək lazımdır. Həmçinin, onların işləməsinə cavabdeh olan mexanizmləri və rezin hissələri yoxlamaq vacibdir", - deyə Haytseyer bildirib.

Ekspert növbəti məqam kimi yanacaq filtrinin yoxlanılmasını göstərib.

 

"Yay aylarında, tətil mövsümündə şəhərətrafı regionlara səfər zamanı şübhəli yanacaqdoldurma məntəqələrindən sonra yanacaq filtrinə su və ya parafin sıza bilər. Daha aşağı temperaturlarda bu, mühərrikin işə salınmasına mane olar", - deyə Yan Haytseyer xəbərdarlıq edir.

 

Mütəxəssis avtomobil sahiblərinə ilk şaxtalar düşənə qədər akkumulyatoru yoxlamağı da tövsiyə edib. Statistika göstərir ki, payız və qış aylarında bütün nasazlıqların təxminən 30%-i məhz akkumulyator batareyasının nasazlıqları ilə bağlıdır.

 

Bundan əlavə, ekspert şüşələr üçün xüsusi maye almağın vacibliyini xatırladır.

"Müntəzəm payız yağışları görünüşü əhəmiyyətli dərəcədə pisləşdirir, buna görə də keyfiyyətli şüşə yuyucu sükan arxasında təhlükəsizliyin təminatıdır", - deyə mütəxəssis izah edib.

 

O, radiatorun təmizlənməsinə də çağırıb. Mütəxəssisin sözlərinə görə bu, mühərriyin həddindən artıq qızmasının qarşısını alacaq və onun xidmət müddətini uzadacaq./Oxu.az

Tarix: 13 Sentyabr 2024, 08:07   
Seçilən
40
7
pravda.az

8Mənbələr