AZ

Conidən “xarici agent” ittihamı ilə bağlı açıqlama

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin nümayəndələri Rusiya Baş Prokurorluğundan Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər. 

Buna səbəb müğənninin Almaniyada keçirilən “Glamotion” festivalında iştirak etməsidir. Beləki, sözügedən tədbirin təşkilatçılarını Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməsində şübhəli bilinib. Qurum maliyyələşmənin təsdiqləndiyi halda Baş Prokurorluqdan ifaçını “xarici agent” kimi tanınmasını istəyib.

OLAY yazır ki, qalmaqallı məsələ ilə bağlı Coninin nümayəndələri “Super” nəşrinə açıqlama verib.

Bildirilib ki, sənətçinin Avropa turnesinin təşkilatçısı Rusiya şou-biznesində tanınan və hər il Rusiyadan olan ulduzların iştirakı ilə 100-dən çox tədbir təşkil edən konsert təşkilatçısı İqor Valyanskidir. Konsertlərin təşkilində köməklik göstərən yüzlərlə başqa adamın adı sənətçiyə məlum deyil.

Sənətçinin nümayəndələri bildiriblər ki, məlumat təsdiqlənərsə, baş verən olayı yoluna qoymağa hazırdırlar:

“Əgər təşkilatçı tərəfdaşlarımızın dürüstlüyünə və hərəkətlərinə dair hər hansı şübhəmiz varsa, biz həmin tərəfdaşı təşkilatçılıq prosesindən kənarlaşdırmaq üçün tədbirlər görəcəyik. Kütləvi informasiya vasitələrində yayılan məlumat təsdiqini taparsa, tur tərəfimizdən birtərəfli qaydada ləğv ediləcək”.

Seçilən
122
2
olay.az

3Mənbələr