Kolumbiya prezidenti Qustavo Petro amerikalı iş adamı İlon Maskı nasizmə meylli olmaqda ittiham edib və bildirib ki, o, istənilən vaxt X sosial şəbəkəsindəki hesabını bağlaya bilər.
Qaziler.az bildirir ki, bu barədə RİA-Novosti məlumat verir.
“Fikirlərimi ifadə etdiyim yerdə nasizmə meylli bir adam var, İlon Mask istənilən an hesabımı bağlayacaq. Ona görə də Pinoçetin “barbarlıq qarşısında susmaq” tezisi həmişəkindən daha çox tətbiq edilir”, - dövlət başçısı vurğulayıb.
Petro diqqətə çatdırıb ki, müasir dünyada sosial şəbəkələr öz alternativ imkanlarını nümayiş etdirib və indi ən varlı insanlar onları əldə edirlər.
QAZİLER.AZ