Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda Püstə Hüseynovaya və Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni, Şeydayev Elbrus saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.