AZ

İki yaşlı oğlunun ölümünə səbəb oldu

Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Elşən Əskərov idarə etdiyi “VAZ” markalı avtomobillə 2 yaşlı oğlu Sənanı vurub.

Belə ki, 1992-ci il təvəllüdlü E.Əskərov sürücülük hüququ olmadan idarə etdiyi maşınla yaşadığı evin həyətindən çıxmaq istəyib. Lakin avtomobili arxaya doğru sürərkən övladı maşının altında qalıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
87
3
qafqazinfo.az

4Mənbələr