ABŞ Ukraynaya “fövqəladə” hərbi yardım göstərməyə davam edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
“Son iki il yarım ərzində biz fövqəladə hərbi, iqtisadi və demokratik yardım göstərmişik. Ümid edirəm ki, bu cür dəstək davam edəcək”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib.
O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar Kiyevin NATO və Aİ ilə inteqrasiyası üçün “mümkün olan hər şeyi edəcək”.
Bundan əvvəl Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar hələlik Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verəcəyini elan etməyə hazır deyil.
Mənbə RİA Novosti