AZ

ABŞ İsrailə 164 milyon dollarlıq tank satacaq

ABŞ Dövlət Departamenti İsrailə 164,6 milyon dollar dəyərində hərbi sahədə istifadə olunacaq ağır yükdaşıyan tank qoşquları və müvafiq avadanlıqların satışına icazə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, İsrail hökumətinin tələbi ilə Xarici İşlər Nazirliyi ümumi dəyəri 164,6 milyon dollar olan tank qoşquları və müvafiq avadanlıqların satışına icazə verib və bunun üçün lazımi sertifikat Konqresə təqdim edilib.

Tədarüklərin 2027-ci ildə başlanılması gözlənilir.

Seçilən
52
1
nocomment.az

2Mənbələr