AZ

Avrozonada iqtisadi artımın çətinlikləri

Avropa Mərkəzi Bankının (European Central Bank – ECB) sədri Kristin Laqard, Avrozonada iqtisadi artımın bəzi çətinliklərlə üzləşdiyini bildirərək, “Məhdudlaşdırıcı pul siyasətinin getdikcə azalan təsiri istehlak və investisiyaları dəstəkləməlidir”, – deyib.

Laqard, ECB Rəhbərlik Şurasının ilin altıncı iclasında bazarın gözləntilərinə uyğun olaraq ilin ikinci faiz endirimini etdikdən sonra depozit faiz dərəcəsini 25, əsas yenidən maliyyələşdirmə faizi və marjinal borc faizinin hər birini isə 60 baza bəndi aşağı saldığını Frankfurtda təşkil edilən mətbuat konfransında dəyərləndirdi.

Çıxışına pul siyasəti qərarlarını oxumaqla başlayan Laqard daha sonra iqtisadiyyat və inflyasiya meyllərinə toxunaraq jurnalistlərin suallarını cavablandırıb.

Laqard, Avro Bölgəsindəki son sorğuların iqtisadi canlanmanın dalğalanma üzləşdiyini göstərdiyini izah etdi və pul siyasətinin yumşaldılmasının iqtisadiyyatı dəstəkləyəcəyini söyləyib.

Avrozonada iqtisadi artımın ikinci rübdə yavaşladığını xatırladan Laqard, pul siyasətindəki düzəlişin istehlakı yenidən gücləndirəcəyini gözlədiklərini qeyd edib.

Məlumatların məqsədlərinə doğru irəliləməkdə onlara inam verdiyini ifadə edən Laqard, “Proqnozlarımızın möhkəmliyinə və davamlılığına olan inamımız artdı”, – deyib.

***

Depozit faizinin 25 baza bəndi azaldılması qərarının “yekdilliklə” alındığını vurğulayan ECB sədri, “Tədricən inflyasiya prosesini nəzərə alaraq, biz pul siyasətinin məhdudlaşdırılması dərəcəsini mülayimləşdirməyi tamamilə məqsədəuyğun hesab etdik”, – deyib.

ECB-nin sentyabr ayı inflyasiya proqnozlarının iyun ayı ilə müqayisədə “demək olar ki, dəyişmədiyini” açıqlayan Laqard, inflyasiyanın gələn il 2 faizlik hədəfə dönməsinin gözləndiyini bildirib.

Pul siyasəti üçün “cari qiymət təzyiqləri, inflyasiya görünüşü və real iqtisadiyyata təsir” kimi üç qərar meyarına bir daha toxunan Laqard, son məlumatların orta müddətli dövrdə inflyasiya prosesinin davam edəcəyi gözləntiləri ilə uyğunlaşdığını bildirib.

Avrozonada iqtisadi artım risklərinin aşağıya doğru əyildiyini ifadə edən Laqard, bölgədəki iqtisadi canlanmanın bəzi çətinliklərlə üzləşdiyini ifadə etdi: “Məhdudlaşdırıcı pul siyasətinin azalan təsiri istehlak və investisiyaları dəstəkləməlidir”.

Enerjidəki baza təsiri səbəbiylə dördüncü rübdə inflyasiyanın yenidən yüksələcəyini ifadə edən Laqard, ECB-nin məlumatlara görə hərəkət edəcəyini və əvvəlcədən siyasət öhdəliyi götürməyəcəyini təkrarlayıb.

“Faiz dərəcəsi nə qədər məhdudlaşdırıcı olaraq qalacaq”,  sualına, Laqard “məhdudiyyətin lazım olduğu qədər davam edəcək”, – cavabını verib.

Pul siyasətinin sərtləşdirilməsinin hələ də təsirli olduğunu vurğulayan Laqard, “İndi əsas məsələ bu təsiri yavaş-yavaş zəiflətməkdir”, – deyib.

Seçilən
76
vaxt.az

1Mənbələr