“Azfinance” investisiya şirkəti 2024-cü ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Maliyyə qurumu yanvar-iyun aylarında 0,35 milyon manat zərər edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə azdır.
Bu il iyulun əvvəlinə “Azfinance”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 16,9% çox – 6,9 milyon manat təşkil edib. İnvestisiya şirkətinin öhdəlikləri 3,2 milyon manat (10,9% az), balans kapitalı isə 3,7 milyon manat (59,4% çox), o cümlədən nizamnamə kapitalı 1,55 milyon manat (dəyişməyib) olub.