Böyük Britaniyanın Moskvadakı səfirliyindəki diplomatlar rus xalqına zərər vurmaq məqsədi daşıyan hərəkətlərə cəlb olunublar.
“İki sahil”in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, onların fəaliyyəti Vyana Konvensiyalarının hüdudlarından xeyli kənara çıxıb.
"Rusiya FSB-nin britaniyalı diplomatların fəaliyyəti ilə bağlı verdiyi qiymətləndirmələri tamamilə bölüşürük", - deyə Zaxarova əlavə edib ki, Böyük Britaniya səfirliyi Vyana konvensiyalarında nəzərdə tutulan sərhədləri çox-çox kənara çıxıb: “Ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilən fəaliyyətə əməl edilməməsindən deyil, xalqımıza ziyan vurmağa yönəlmiş oxşar hərəkətlərdən gedir”.
Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat vermişdi ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb, onların əməllərində kəşfiyyat və təxribat işlərinin izləri aşkarlanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”