AZ

İran ilə Pakistan sərhədində gərginlik: üç hərbçi həlak olub

İran

İranın cənub-şərqində Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutması nəticəsində üç İran əsgəri həyatını itirib.

Reyting.az
xəbər verir ki, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.

Hücumda biri leytenant olmaqla İranın üç hərbçisi həyatını itirib, bir mülki şəxs yaralanıb.

Hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
reyting.az

1Mənbələr