AZ

Türkiyədə gecə klubunda "razborka" - 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda əyləncə məkanında (gecə klubu) baş verən "razborka" qanla bitib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Turqut Özal küçəsində yerləşən əyləncə məkanının sahibi Kamuran Ç, Uğur S., Okan M., Bülent Y. ilə həlıəəlik adları istintaqa bəlli olmayan 7-8 nəfərlik naməlum kriminal dəstə arasında mübahisə düşüb.

Məlumata görə, səbəbi bəlli olmayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib: "Nəticədə Kamuran, Uğur, Sinan, Cem və Bülent tapança və bıçaqla vurulublar. Yaralılar xəstəxanaya çatdırlsa da, onlardan gecə  klubunun sahibi Kamuranın həyatını xilas etmək mümkün olmaylıb".

Məlumatda deyilir ki, oerativ əməliyyatla hadisənin iştirakçısı olan 2 nəfər İstanbulun Pendik bölgəsində saxlanılıb: "Digərlərinin isə axtarışı davam edir"

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
mia.az

1Mənbələr