AZ

Rusiya ELAN ETDİ: Putinin qorxduğu oldu

NATO Ukraynadakı döyüşlərə qarışdı.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında məlumat verib.

Spikerinin sözlərinə görə, ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirilməsi məsələsini müzakirə etdikdən sonra alyansın hərbi əməliyyatlara başlaması barədə danışmaq mümkün olub.

“Ukrayna Silahlı Qüvvələri adı altında NATO faktiki olaraq döyüşür. Əvvəllər bunlar məsləhətçilər və təlimatçılar idi, indi muzdlular və NATO silahlarından istifadə edən bütöv birliklərdir. Onlar ölkəmizin hansı şəhərlərinə hücum ediləcəyini müəyyənləşdirir, hərbi hərəkətləri əlaqələndirir və əmrlər verirlər”, – Volodin öz bloqunda yazıb.

Xarici işlər naziri Sergey Lavrov daha əvvəl oxşar bəyanatla çıxış etmişdi. O bəyan edib ki, Qərb Rusiya ərazisinə hücumlar üçün Ukrayna Silahlı Qüvvələrinə birbaşa dəstək verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
publika.az

1Mənbələr