Bakı, TurkicWorld
2024-cü ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz arataraq, 53 milyon 410 min 136 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 11 milyon 658 min 410 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 41 milyon 751 min 726 nəfər təşkil edib.
2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 124 min 722 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 147 min 160 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 1 milyon 977 min 562 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 3 faiz artaraq, 346 min 595 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz azalaraq, 80 min 197, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 266 min 398 olub.
Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 154 min 746 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.