AZ

Pakistanla sərhəddə toqquşma: İran itki verdi

İranın Pakistanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində naməlum silahlılarla iranlı hərbçilər arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, açılan atəş nəticəsində 3 İran hərbçisi həyatını itirib.

Məlumata görə, Pakistan sərhədi yaxınlığında avtomobillə hərəkət edən naməlum şəxslər hərbçilərin maşınına atəş açıb.

Hücumda biri leytenant olmaqla 3 İran hərbçisi ölüb, 1 mülki şəxs yaralanıb.

Hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
teleqraf.com

1Mənbələr