AZ

QƏRB RUSİYANIN CƏNUBİ QAFQAZDAKI SƏHVLƏRİNİ TƏKRARLAYIR - Nəyə gətirib çıxaracaq?

"ABŞ Konqresinin Helsinki Komissiyası “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərbin gələcəyi” mövzusunda dinləmələr keçirib. Başlıqdan da göründüyü kimi, “demokratiya” və “Qərb gələcəyi” kimi ritual sözləri işlədilir".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov sözügedən müzakirələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu dinləmələr Qərbin Ermənistanı dəstəkləməsinin növbəti nümunəsidir. 

"Ki, burada ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar, beynəlxalq hüquqa və regiondakı reallığa məhəl qoymadan istifadə olunub", - o, qeyd edib.

Ekspert bildirib ki, Ermənistan adından çıxış edən konqresmenlər aşağıdakılardı:

"- Səfir Baer erməni diasporu ilə məşğul olan təqaüdçü amerikalı diplomatdır, hazırda Karnegi Mərkəzində işləyir.

- Olesya Vartanyan – Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib;

- Qarabağ kökənli erməni ekspert, Ermənistan Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin ifadəşisi Tiqran Qriqoryan.

Bu, bir tarixçi kimi mənə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə onlara dəstək olmaq , “qədim xristianları” müsəlmanlardan xilas etmək məqsədi ilə üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni dilənçilərini xatırlatdı. O zaman Qərbdə dolaşan erməni dilənçilər Rusiyada dəstək tapdılar", - deyə ekspert bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azpolitika.info

1Mənbələr