AZ

"Aleph Group" Azərbaycan bazarına daxil olur

"Aleph Group" regionda rəqəmsal reklam bazarının böyüməsini əhəmiyyətli dərəcədə artırmağı və yerli reklamverənlərə beynəlxalq marketinq təcrübəsi gətirməyi hədəfləyir.

Qlobal rəqəmsal mütəxəssislər və texnoloji həllər şəbəkəsi olan "Aleph" Bakıda yerli nümayəndəlik açaraq Azərbaycan bazarına daxil olduğunu elan edib. Bu, Azərbaycandan olan reklamverənlər, qlobal brendlərlə və Azərbaycan auditoriyası arasında daha da sıx əlaqəni təmin edir. "Aleph" dünyada "Amazon", "Meta", "Spotify", "TikTo"k, "X" (keçmiş "Twitter") və digər aparıcı media platformalarında reklam imkanlarını təklif edir və Azərbaycandan olan şirkətlər, kiçik və orta bizneslər üçün qlobal reklam imkanlarını genişləndirmək üzərində çalışır. "Aleph Group"un qlobal yanaşması sayəsində reklamçılar rəqəmsal reklam sahəsində "Aleph"in qabaqcıl qlobal təcrübəsindən yararlanaraq rəqəmsal marketinq investisiyalarını optimallaşdıra biləcəklər.

"Aleph Group"un regional idarəedici direktoru Sergey Dovedov bu hadisəni belə şərh etdi:

“Azərbaycanda ofisin açılması “rəqəmsal reklamı hamı üçün əlçatan etmək” missiyamızı dəstəkləyir. Yerli bazarda təmsil olunmağımız ölkədəki reklamverənlərə bütün regionda müasir reklama olan artan tələbatı ödəməyə kömək edəcəkdir. Ölkə menecerimiz Tural Kərimov reklam sferasında aparıcı peşəkarlardan biridir, komandamız isə bazarı yaxşı tanıyan, diqqətlə seçilmiş ekspertlərdən təşkil olunub. . Biz regional mövqeyimizi möhkəmləndiririk və oflayn ÜDM-dən onlayn ÜDM-ə keçidi dəstəkləmək və bununla da ekosistemin rəqəmsallaşmasını sürətləndirmək üçün Bakıda olmaqdan məmnunuq”.

Tural Kərimov "Aleph Group"un Azərbaycandakı nümayəndəliyinin ölkə meneceri təyin edilib. O, reklam sənayesində 15 illik təcrübəyə malikdir. "Aleph Group"a keçməzdən əvvəl o, beynəlxalq reklam agentliklərində və iri şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış və onların marketinq səylərinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun karyerası rəqəmsal marketinq komandalarına rəhbərlik etmək, məhsul inkişafına nəzarət etmək və öz agentliyini qurmaqdan ibarət olmuşdur ki, bu da ona müxtəlif sektorlarda dəyərli təcrübə qazanmasına imkan vermişdir.

"Aleph Group" Azərbaycanın ölkə meneceri Tural Kərimovdan sitat:

“Aleph"-ə qoşulmaq, yerli reklamverənlərə və brendlərə rəqəmsal reklamın sonsuz imkanlarından uğurla istifadə etməkdə kömək etmək sevindiricidir. Şirkətimiz inkişaf etməkdə olan bazarlarda dəyərli müştərilərimizə ekspert bilikləri, kampaniya məsləhətləri və kredit anderraytinqi təmin edərək onların rəqəmsal inkişafını dəstəkləyir. Biz Azərbaycanı həlledici bazar hesab edir, bütün seqmentlərdən olan reklamverənlərlə işləməyi və onlara yerli dəstək göstərməyi səbirsizliklə gözləyirik.”

"Aleph Group" haqqında

"Aleph" 140-dan çox ölkədə fəaliyyət göstərən, 26 000-dən çox reklamvereni 3 milyarddan çox istehlakçı ilə əlaqələndirən, rəqəmsal ekosistemin inkişafını təmin edən qlobal rəqəmsal mütəxəssislər və texnologiya yönümlü həllər şəbəkəsidir.
60-dan çox aparıcı rəqəmsal media platforması ilə satış tərəfdaşlığı sayəsində ("TikTok", "X", "Microsoft", "Google" və başqaları daxil olmaqla) "Aleph", yerli həllər ilə patentləşdirilmiş texnologiyaları quraraq və təchiz edərək, sənaye və platforma mütəxəssislərindən ibarət yerli komandalar təklif edib, az xidmət göstərilən bazarlarda müəssisələrə və icmalara güc verir.
"Aleph"in ən yaxşı təhsil platforması olan "Digital Ad Expert" ən yüksək səviyyəli təlim proqramları təqdim etməyə həsr olunmuşdur. Fərdi şəxslər üçün sertifikatlar və müəssisələr və hökumətlər üçün xüsusi hazırlanmış həllər təklif edən "Digital Ad Expert" hamı üçün hərtərəfli və effektiv təhsil təşəbbüslərini təmin edir.
"Aleph" rabitə və maarifləndirməkdən əlavə, "Aleph Payments" vasitəsilə trans sərhəd ödənişlərini və kredit anderraytinqini də asanlaşdırır. Məqsədimiz texnologiyalar aləmini iqtisadi inkişafa və hamı üçün fürsətlərə təkanverici qüvvə etməkdir.

Seçilən
154
azerforum.com

1Mənbələr