“Biz inflyasiya hədəfinə çatmaq üçün yaxşı yoldayıq”.
İndex.az xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının (AMB) üzvü Yasim Nagel söyləyib.
Nagel AMB-nin son faiz endirimini dəstəklədiyi üçün Avrozonada inflyasiyanın düzgün istiqamətdə getdiyini bildirib.
Gələn ilin sonuna qədər inflyasiyanın 2%-ə çatacağını proqnozlaşdırdıqlarını söyləyən Nagel, inflyasiya hədəfinə çatmaq üçün doğru yolda olduqlarını qeyd etdi.