AZ

Almaniya Akkuyu AES-ə transformator vermədi, Çindən alınacaq

Yazını böyüt
Yazını kiçilt

Akkuyu Atom Elektrik Stansiyasının istehsal etdiyi elektrik enerjisini şəbəkəyə ötürəcək Almaniyanın “Siemens” şirkətinin qaz izolyasiyalı transformator mərkəzi “ixrac nəzarəti” səbəbindən çatdırılmayıb. “Bloomberg”in məlumatına görə, bu gecikmə layihədə əhəmiyyətli axsamalara və Türkiyənin Çindən alternativ avadanlıq sifariş etməsinə səbəb olub.

Hafta.az-ın yazdığına görə, energetika naziri Alparslan Bayraktar prezident Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şolzdan kömək istədiyini, lakin heç bir nəticə alınmadığını bildirib.

Siemens, avadanlığın çatdırılmamasına səbəb kimi ixrac nəzarəti qanunlarına əməl etdiyini bildirib.

Bayraktar isə bu vəziyyətin Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı olduğunu bildirib.

Nazir Türkiyənin Siemens-ə bütün zəmanətləri verdiyini və texnikanın Rusiyaya getməyəcəyini vurğulayıb. O, həmçinin Akkuyu Atom Elektrik Stansiyasının qazanc əldə etməyə başlamasının 15-20 il çəkəcəyini və bu səbəbdən layihənin Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə edilməsinin ağlabatan olmadığını bildirib.

Bayraktar Almaniyadan başqa Fransa və İngiltərədəki bəzi şirkətlərin də Rusiya ilə əlaqəli layihələrə avadanlıq satmaqdan imtina etdiyini bildirib.

Bu vəziyyət Türkiyədə davam edən layihələrdə əhəmiyyətli ləngimələrə səbəb olur. Rusiyanın Akkuyu Atom Elektrik Stansiyası layihəsini idarə edən “Rosatom” Çindən lazımi avadanlıqların tədarükü üçün alternativ sifarişlər verdiyini açıqlayıb.

Oxşar problem “Polymetal” şirkətində də yaşanıb. Qərb ölkələrinin sanksiyaları səbəbindən avadanlıq tədarükündə çətinlik çəkdiyini bildirən şirkət, alternativ olaraq Çindən təchizat almağa çalışdıqlarını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
hafta.az

1Mənbələr