AZ

Psixoloq: "Bu gün müəllim peşəsinə dəyər artır"

“Əvvəllər müəllimlik müqəddəs peşə sayılsa da, son vaxtlar bunun əksi müşahidə olunur. Cəmiyyətdə müəllimlərin əvvəlki nüfuzunun qalmadığını rahatlıqla söyləyə bilərik”.

“Düşünürəm ki, əvvəl də, elə indi də müəllimlik peşəsi müqəddəs peşədir. Var müəllim adı, var müəllim peşəsi. Bir çox illər öncə müəllim adı çox dəyərsizləşmişdi. Hər kəsə müəllim deyə müraciət edirdilər. Bu gün müəllim peşəsinə dəyər artır. Nəzərə alsaq ki, əgər hər bir valideyn uşağı doğulandan artıq uşağının təhsili ilə maraqlanır, yaxşı müəllimlərin axtarışında olurlar. Bu gün təhsilə, elmə böyük maraq var”.

Bu fikirləri AzNews.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq qeyd edib ki, hər kəsə müəllim deməklə bu adı dəyərsizləşdirmək olar.

“Lakin peşəyə olan hörmət, rəğbət hər zaman özünü doğruldur. Peşəsindən asılı olmayaraq hər kəs şəxsiyyət olaraq, mənliyinə, tutduğu mövqeyinə və daşıdığı ada uyğun davranışlar sərgiləməlidir. Bütün peşələrdə olduğu kimi, bir çox peşələrdə də öz adını layiqli doğrulda bilməyən insanlar ola bilər. Ancaq bu o demək deyil ki, müəllimlik adı, müqəddəsliyi özünü doğrulda bilmir. Müəllimlik peşəsi hər zaman olduğu kimi ucadır. Müəllim öyrədəndir və hər yerdə rəğbətlə qarşılanır. Hər bir müəllim daşıdığı ada uyğun psixofiziologiyaya sahib olmalıdır. Bu gün təhsilə, elmə önəm verilən bir dövrdə yaşayırıq deyə, müəllimlərə də böyük hörmət var. Yaşından asılı olmayaraq, hər bir müəllimi cəmiyyətdə dəyərləndirirlər. İlk növbədə hər bir şəxs öz peşəsinə layiqli hörmət qoymağı bacarmalıdır”.

Seçilən
152
23
aznews.az

10Mənbələr