AZ

Bricit Makronun kişi doğulduğunu iddia edən iki müttəhim 13 min avro təzminat ödəyəcək

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun əslində kişi doğulduğunu və cinsiyyətini dəyişdiyini iddia edən iki müttəhim Bricit Makron və onun bacısına cəmi 13 min avro təzminat ödəyəcək.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun "əslində kişi doğulduğunu və cinsiyyətini dəyişdiyini" iddia edən iki şəxs böhtanda təqsirli bilinib. İki qadın Bricit Makron və onun qardaşı Jan-Mişel Trogneux-a 13 min avro təzminat ödəyəcək.

BBC Türkcənin məlumatına görə, Amandine Roy və Natacha Rey 2021-ci ilin dekabrında YouTube-da yayımladıqları videoda Bricit Makronun “Jean-Michel” adlı kişi olaraq doğulduğunu iddia ediblər. Fransa prezidentinin həyat yoldaşı iki qadına qarşı böhtan iddiası qaldırıb. İddia Fransada 2022-ci il prezident seçkilərinə həftələr qalmış gündəmə gəlib və sosial mediada yayılıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda Bricit Makron (keçmiş Bricit Trogneux) adlı birinin əslində heç doğulmadığı və Jan-Mişel Trogneuxun cinsini dəyişərək bu adı götürdüyü iddia edilib. İddia o qədər geniş yayılıb ki, Jean-Michel Trogneux adı sosial mediada on minlərlə insan tərəfindən işarələnib.

Cümə axşamı, sentyabrın 12-də məhkəmə sözügedən iki şəxsin Bricit Makrona 8 min avro, onun qardaşı Jan-Mişel Trogneuxa isə 5 min avro ödəməsinə qərar verib. 71 yaşlı Bricit Makron dinləmələrdə iştirak etməyib. Özünü media vasitəsi kimi qələmə verən müttəhim Amandine Roy YouTube kanalında özünü müstəqil jurnalist kimi təqdim edən Natacha Reydən dörd saat ərzində müsahibə alıb. Rey “dövlət yalanını” ifşa etdiyini iddia edib.

Bricit Makronla bağlı əsassız iddialar onun əri, prezident Emmanuel Makronun siyasi əleyhdarları tərəfindən yayılıb. Bunlara ifrat sağçı qruplar, peyvənd əleyhinə qruplar və QAnon sui-qəsd nəzəriyyəsi hərəkatı daxildir. Digər tərəfdən, Emmanuel Makron 2017-ci ildə prezident seçildikdən sonra onun həyat yoldaşının hədəfə alınması ilk dəfə deyil. Makronla həyat yoldaşı arasında 25 illik yaş fərqi əvvəllər sosial media “trollarının” hədəfinə çevrilmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
turkustan.az

1Mənbələr