Böyük Britaniyanın Moskvadakı səfirliyinin 6 əməkdaşı Rusiyada akkreditasiyadan məhrum edilib. Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Onların hərəkətləri kəşfiyyat və təxribat işlərinin əlamətlərini aşkarlayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva Rusiya hərbi attaşesinin Londondan çıxarılmasına adekvat cavab verəcək.
Britaniyanın daxili işlər naziri Ceyms Kleverli rusiyalı diplomatın ölkədən çıxarılması barədə məlumat verib.
O, həmçinin bildirib ki, Britaniya hakimiyyəti ruslar üçün diplomatik vizaların alınmasına məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, London Rusiyaya məxsus bir sıra daşınmaz əmlakın diplomatik statusunu ləğv edib.
Gülnar
www.anews.az