AZ

ABŞ büdcəsi 380 milyard dollar kəsir verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da federal hökumətin büdcə kəsiri ötən ay 380 milyard dollarla proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi avqust ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin avqust ayında federal hökumətin büdcə kəsiri 380 milyard dollar olaraq hesablanıb.

Ötən ilin eyni ayında federal hökumətin büdcə kəsiri 89 milyard dollar olub. Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 469 milyard dollar azalıb.

Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu büdcənin 286 milyard dollar kəsir verəcəyi istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
banco.az

3Mənbələr