AZ

Branimir Şubaşiç: “İlk turda yaradılan qol imkanları yetərincə idi, sadəcə...”

"Azərbaycan yığması Millətlər Liqasında hər iki matçda məğlub olsa da, mübariz oyun sərgilədi. Komandan da döyüşkənlik, hücumda kreativlik göründü. Xüsusilə İsveçlə qarşılaşmanı bəyəndim. İlk turda yaradılan qol imkanları yetərincə idi, sadəcə, bitiricilik çatmadı. Düşünürəm ki, onlar bu yolla davam etsələr nəticə özünü çox gözlətməyəcək". Bu sözləri Sport24.az-a açıqlamasında Branimir Subaşiç deyib.
 
Millinin sabiq üzvü ölkə futbolunun hazırkı durumuna da toxunub: "Azərbaycan futbolun inkişafı üçün yaxşı şərait var. Mənim çıxış etdiyim dövrlə ilə hazırkı şərait arasında müqayisə aparasaq, xeyli müsbət məqamlar var və inkişaf hiss olunur. Səviyyəli legionerlər Premyer Liqaya gəlir. "Qarabağ" sabit olaraq avrokubokların qrup mərhələsində oynayır. Qısası, Azərbaycan futboluna son 10 ildə maraq çox artıb. Fikrimcə, görülən işlərin qarşılığında yığma da azarkeşləri sevindirməyi bacaracaq. Sadəcə, bir qədər səbr etmək və bəlli istiqamət üzrə addımlamaq da davam etmək lazımdır".
 
Qeyd edək ki, "milliləşdirilmiş" serb futbolçu yığmanın heyətində 40 oyun keçirib və 7 qol vurub.
 
ABDULLA İSMAYILOĞLU

Seçilən
127
sport24.az

1Mənbələr