AZ

Bayden Ukrayna Rusiya münaqişəsini dayandırmaq üçün səy göstərmir - Tramp

ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün qətiyyən səy göstərmir. Bu barədə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarlarının mitinqində bildirib.
 
"Bayden ümumiyyətlə müharibənin dayandırılması üçün çarə tapmağa çalışmır. O hətta bir neçə ildir Putinlə danışmır", - Tramp bildirib.
 
Bir neçə gün öncə Tramp Harislə debatı zamanı bildirib ki, noyabrın 5-də keçirilən seçkilərdə qalib gələrsə andiçmə mərasimindən əvvəl münaqişəni həll edə bilər. 

Rusiya ilə Ukrayna arasında müharibə 2021-ci ilin fevralından davam edir. Rusiyanın Ukraynaya hücumu nəticəsində Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşə sərt sanksiyalar tətbiq edib. Lakin buna baxmayaraq Rusiya geri çəkilməyib. Hazırda iki ölkə arasında gərginlik davam edir. 
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
anews.az

1Mənbələr