AZ

Azərbaycan faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir- ÖZƏL

"Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov deyib: "Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri getdikcə güclənir, dostlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
olaylar.az

1Mənbələr