AZ

Şimali Koreya qadağan olunmuş uran zənginləşdirmə obyektinin görüntülərini yayımladı - FOTO

Şimali
Şimali Koreya mediası nüvə silahı istehsalı üçün uran zənginləşdirilən bir obyektin fotolarını yayımlayıb. 1news.az Hürriyet.com.tr-yə istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In, adı və yeri açıqlanmayan qadağan olunmuş bu obyekti ziyarət edərək, nüvə silahı istehsal gücünün artırılması üçün göstəriş verib.
Ziyarət zamanı Kim, obyektin hərbi məqsədlər üçün nüvə materialı istehsal etməsindən məmnunluğunu ifadə edib. Rəsmi xəbərlərə əsasən, Kim Çen In Nüvə Silahları İnstitutunun işçilərindən məlumat alaraq, uran zənginləşdirmə üçün istifadə edilən sentrifuqaların sayının artırılmasını tələb edib. Bu, ölkənin nüvə arsenalını çoxaltmaq planının bir hissəsi kimi dəyərləndirilib. O, həmçinin, ABŞ və müttəfiqlərinin "qırmızı xətti keçdiyini" və bu təhlükəli mühitin Şimali Koreyanı öz müdafiə məqsədli nüvə gücünü artırmağa məcbur etdiyini vurğulayıb. Bununla yanaşı, Şimali Koreyanın yeni tip 600 mm-lik çoxlu raket sistemlərinin uğurla sınaqdan keçirildiyi və Kim Çen Inın bu sınaqlara şəxsən rəhbərlik etdiyi bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1news.az

1Mənbələr