AZ

"Harrisə debatda qalib gəldim deyə ikinciyə çağırdı" - Trampdan QƏRİBƏ AÇIQLAMA

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə baş tutan debatdan bəhs edib.

 

Sfera.az bildirir ki, bu barədə o, öz sosial media platformasında mesaj yayımlayıb.

 

Tramp Harrislə debatında qalib gəldiyini bildirib.

 

“Bir boksçu döyüşdə uduzanda dediyi ilk söz “Mən cavab görüşü istəyirəm” olur. Lakin sorğular göstərir ki, mən demokratik radikal sol namizəd Kamala Harrisə debatda qalib gəldim. Buna görə də o, dərhal ikinci debata çağırdı”.

 

Tramp iddia edib ki, ABŞ Prezidenti Co Bayden və müavini Harris milyonlarla cinayətkarın və əqli cəhətdən qeyri-sabit insanların nəzarətsiz şəkildə ABŞ-yə axınına səbəb olub:

 

“Onlar Amerikanı inflyasiya ilə məhv etdilər.  Bu faktları hamı bilir. Bunlar Co Bayden ilə ilk debatda və Harris ilə ikinci debatda ətraflı müzakirə edildi”.

 

Respublikaçı namizəd Harrisin “Fox News”da debat proqramında iştirak etmədiyini, “NBC” və “CBS” kanallarında debatda iştirakdan imtina etdiyini qeyd edib: “Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat isə olmayacaq”.

 

Günay 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
sfera.az

2Mənbələr