Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ və Böyük Britaniya liderlərinin görüşündə Kiyevə Qərb silahları ilə Rusiyaya dərin zərbələr endirməyə icazə verməyəcəklərini açıq şəkildə bildirib.
Bu barədə İTV məlumat yayıb.
Nəşrin yazdığı kimi, Starmer bunu ABŞ-a gedərkən təyyarədə deyib.
“O, cümə günü Ağ Evdə prezident Baydenlə görüş zamanı Ukraynanın Rusiyadakı hava və raket bazalarını məhv etmək üçün Qərb raketlərindən istifadə etməyə icazə verməyəcəyini açıqladı”, – İTV yazır.
Siyasətçilərin görüşünün gündəmində əsas mövzunun Ukrayna olacağı daha əvvəl bildirilirdi.
Rusiya prezidenti Vladimir Putinin NATO-nun Ukrayna münaqişəsində birbaşa iştirakı ilə bağlı sözlərini şərh edən Starmer deyib ki, Kiyevin “özünümüdafiə” hüququ var.
Mənbə İTV