AZ

Milli komandanın düşərgəgində qalmaqal - Ayaqlarını qırmıqla hədələdi

style='margin-bottom:10px;'>

Kosovo milli komandasının düşərgəsində qalmaqal baş verib.

QOL.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna millinin üç futbolçusunun intizamsız davranışı səbəb olub. Hadisə sentyabrın 6-da Millətlər Liqasının Kosovo - Rumınıya matçından sonra baş verib.

Meydan sahibi komanda həmin görüşdə 0:3 hesabı ilə uduzub. Buna baxmayaraq, oyundan sonra Kosovo millisinin üç üzvü - Floran Musliya, Edon Jeqrova və Ariyanet Muriç gecə klubuna gediblər. Şahidlərin dediyinə görə, onlar gecə saat 2-yə qədər əyləniblər. 

Hadisədən sonra hər üç futbolçu millinin heyətindən uzaqlaşdırılıb. Lakin futbolçulardan Muriç ittihamları təkzib edib. Onun dediyinə görə, o, komanda yoldaşları ilə gecə əyləncəsinə deyil, sadəcə axşam yeməyi üçün kluba gediblər.

Federasiya prezidentindən təhdid

Kosova Futbol Federasiyasının prezidenti Agim Ademinin adları çəkilən oyunçuların bu hərəkətinə çox əsəbiləşdiyi və onları təhdid etdiyi bildirilib. Məlumata görə, qurumun rəhbəri futbolçuların ayağını qırmaqla hədələyib. Bildirilib ki, Ademinin belə sərt reaksiyasının səbəbi həmin oyunçuların daha öncə də bənzər qalmaqallara qarışmasıdır.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr