AZ

Azərbaycanın 5 cüdoçusu Zaqreb Qran-prisində mübarizəyə başlayır

13 sentyabrda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri start götürür. 

"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq. Qadınlar arasında -52 kq. çəkidə Aydan Vəliyeva medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında isə -60 kq. çəkidə Turan Bayramov və Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Nazir Talıbov güclərini sınayacaq.

Turnir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
operativmedia.az

1Mənbələr