AZ

Azərbaycana səkkiz ayda daha çox kişi turistləri gəlib

2024-cü ilin səkkiz ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% artaraq  1748,0 min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Ümumilikdə dünyanın 183 ölkəsindən Azərbaycana turist gəlib. 
 
Ən çox turist gələn ilk üç ölkə Rusiya, Türkiyə və Hindistan olub. 
 
Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni qadınlar təşkil edib. 
 
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayında 2,4 dəfə, Cənubi Koreyadan gələnlərin sayında 2,2dəfə artım olub.  
 
Səfər edənlərin 75,6% hava, 23,2%-i dəmir yolu və avtomobil, 1,2%-i isə dəniz nəqliyyatından istifadə edib. 
 
Koronavirus pandemiyasından sonra Azərbaycanda quru sərhədlər bağlanıb. Bu səbəbdən turistlərin də bu yolla səfər etməsi mümkün olmayıb. 
 
Azərbaycandan xarici ölkələrə gedənlərin sayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 20% artım var. Azərbaycanlıların getdiyi ilk üçlükdə olan ölkələr İran, Rusiya və Gürcüstan olub. 
 
Gülnar Nazimqızı                                                                            

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
anews.az

1Mənbələr