AZ

Məzuniyyətsiz işləyənlər alkoqoliklərdən də tez ölürlər

Amerika alimləri müəyyən ediblər ki, daim məzuniyyətsiz işləyən insanlar xroniki alkoqolizmdən əziyyət çəkənlərə nisbətən daha qısa yaşayırlar. 

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatın nəticələri “American Journal of Epidemiology” (AJE) elmi jurnalında dərc olunub.

Araşdırmada 45-64 yaş arası 749 qadın iştirak edib. Alimlər subyektlərin həyat tərzini təhlil edib, onların iş həyatı və pis vərdişləri haqqında məlumat toplayıblar. Bundan sonra, təxminən iyirmi il davam edən könüllülərin müşahidə dövrü başladı.

Təhlil təsdiqləyib ki, həddindən artıq işləmək və istirahət etməmək sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Alimlər müəyyən ediblər ki, daim çox işləyən insanların ömrü alkoqol asılılığından əziyyət çəkənlərin ömründən daha qısadır. 

Tədqiqatçılar qeyd ediblər ki, davamlı yorğunluq infarkt kimi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. 

Üstəlik, bu təhlükəni təhrik etmək üçün gündəlik üç saatlıq əlavə iş kifayətdir.

Seçilən
76
cebheinfo.az

1Mənbələr