AZ

Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub (VİDEO)

Bakı. Trend:

Yasamal rayonu, Miкayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlıküçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə aparılan təmirişləri yekunlaşıb.

Trend bubarədə AAYDA-ya istinadən məlumat verir.

Sözügedən hissəinin uzunluğu 810 metr, ortalama eni isə 20 metrtəşkil edir.

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnəasfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb,frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsiişləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltıkommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünəqaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normalhərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqinişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşlarınistifadəsindədir.

Məqalədə:
Seçilən
187
6
az.trend.az

10Mənbələr