AZ

“Formula 1”-də ən yüksək maaş alan pilotların adı açıqlanıb

“The Sun”-ın məlumatına görə, ümumilikdə 20 yarış sürücüsü, bonuslar nəzərə alınmaqla, ildə təxminən 205 milyon funt-sterlinq (267,3 milyon dollar) qazanır.

Siyahıya illik qazancı 58 milyon dollardan çox olan hollandiyalı hazırkı dünya çempionu Maks Verstappen (Red Bull) başçılıq edir.

İkinci yerdə yeddiqat dünya çempionu, “Mercedes”dən britaniyalı Lyuis Həmilton qərarlaşıb. Onun maaşı 44 milyondan çoxdur, üçüncü yeri isə “Ferrari”-dən moneqasklı Şarl Lekler tutur - 34 milyon.

İlk onluğa aşağıdakı pilotlar daxildir:

1. Maks Verstappen (Hollandiya) - 58 859 503 dollar;

2. Lyuis Həmilton (Böyük Britaniya) - 44 471 625;

3. Şarl Lekler (Monako) - 34 003 831;

4. Lando Norris (Böyük Britaniya) - 19 616 498;

5. Fernando Alonso (İspaniya) - 18 309 197;

6. Corc Rassel (Böyük Britaniya) - 18 309 197;

7. Serxio Peres (Meksika) - 14,387,194;

8. Karlos Sayns (İspaniya) - 11 771 877;

9. Valtteri Bottas (Finlandiya) - 9 155 717;

10. Daniel Rikkardo (Avstraliya) - 6 539 174.

Almaz Həsənli

Seçilən
112
oxumeni.az

1Mənbələr