AZ

75 yaşlı Şeyxülislam Allahşükür Paşazadə –-FOTOLARDA

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 75 yaşı tamam olub.

Azərbaycanın son 40 illik tarixində Şeyxülislam həm din xadimi, həm də ictimai xadim kimi həmişə ictimai proseslərin ön cərgələrində yer alıb.

1979-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə sədr seçilən 30 yaşlı Allahşükür Paşazadə sovet ateizminin sərt üzünün bütün ağırlığını yaşamışdı.

Allahşükür Paşazadə SSRİ zamanında Daşkənd İslam İnstitutunda ali təhsil almış azsaylı azərbaycanlı savadlı dindar kəsiminin ilk pionerlərindən olub.

QMİ sədri Azərbaycanda dövlət siyasətinin əsas prioriteti elan edilmiş tolerantlığın yaxşı nümunəsini yarada bilib. Məzhəb fərqlərini arxa plana atan Azərbaycan bütün dünyaya nümunə ola biləcək addımı ilə fərqlənir.

QMİ sədri islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən seçkilərdə namizəd kimi qatılan QMİ sədri SSRİ xalq deputatı seçilir. Şeyxülislam SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun üzvlərindən olub.

Onun həyatında Azərbaycan tarixinin ən qanlı səhifəsi olan 1990-cı il yanvar qırğını xüsusi yer tutur. Şeyxülislam Bakıya sovet ordusunun yeridilməsinə etiraz olaraq verdiyi Bəyanatda bu qanlı qırğına görə SSRİ Prezidenti Mixail Qorbaçovu lənətlədi. Bu, sovet tarixində din xadiminin sovet rəhbərini lənətləyən ilk bəyanatı oldu.

Şəhidlərin milyonluq dəfnə rəhbərilk edən A.Paşazadə fövqəladə vəziyyətin hökm sürdüyü Bakıda bu möhtəşəm mərasimi SSRİ-yə qarşı etiraz aksiyasına çevirdi.

Dini rəhbər kimi A.Paşazadə son 30 ildə Azərbaycana ağır bəlalar gətirmiş Qarabağ münaqişəsinin həlli üçün çaprışan şəxslərdən oldu.

44 günlük Vətən Müharibəsi zamanı müharibənin mənəvi yaralarına məlhəm olmaqla Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də çoxşaxəlilik baxımından yaddaqalan oldu.

Azərbaycan dindarlarının bu günkü rəhbəri ölkənin mühüm ictimai-siyasi proseslərində dövlətlə əməkdaşlıq zəncirini qura bilib. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən QMİ sədri cəmiyyətin həyatında dini harmoniyanın, dostluğun və həmrəyliyin yaradılmasında mühüm fiqurdur.

 

Şeyxülislamın 75 illik ömür yolunu əhatə edən fotoları təqdim edirik:

FOTO: Daşkənddə oxuyan gənc A.Paşazadə.

FOTO: 1-ci Qarabağ müharibəsi. Şeyxülislam ön cəbhədə.1992-c il  

FOTO: İki Şeyxülislam bir arada. 1979-cu il 

FOTO: Şeyxülislam Şəhidlər Xiyabanında. 1991-ci il. 

FOTO: Azərbaycan SSR. Bakı. Təzəpir. 1986-cı il. Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan Demokratik Respublikasının nümayəndə heyətini qarşılayır.

FOTO: Azərbaycan SSR. 1 iyun 1983-cü il. Əfqanıstan Demokratik Respublikasının Ali Üləmalar Şurasının sədri Məhəmməd Səid Əfqani QMİ sədri Allahşükür Paşazadə ilə.

FOTO: SSRİ. Moskva. 20 noyabr 1986-cı il. SSRİ Xarici İşlər Nazirliyində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür  Paşazadənin sovet və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı.

FOTO: Moskva. 1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclas zalı. SSRİ xalq deputatı Şeyxülislam Allahşükür Paşazadə din xadimi olan digər deputat həmkarları ilə.

FOTO: SSRİ. Moskva.1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclası. Azərbaycandan olan deputatlar: QMİ sədri Allahşükür Paşazadə, xalq artisti Həsən Turabov.

Azərbaycan SSR. Aprel.1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans. Şeyxülislam nümayəndə heyəti ilə görüşür.

FOTO: Azərbaycan SSR. 1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfransın Rəyasət Heyəti. Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilov və Şeyxulislam Allahşükür Paşazadə.

FOTO: Şeyxülislam Allahşükür Paşazadə və SSRİ xalq artisti Müslüm Maqomayev.

FOTO: Bakı. 1990-cı il. Şeyxülislam Türkiyə prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özalla

FOTO: Bakı. 1990-cı il. Türkiyə Prezidenti Turqut Özal Təzəpirdə namazda.

FOTO: Təzəpir. 1985-ci il. Şeyxülislam camaat namazında.

FOTO: Ümummilli lider Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə.

FOTO: SSRİ. Moskva.1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclası.

Gənc Şeyxülislam.

Noyabr.1984-cü il. Fransada Azərbaycan günləri.

Strasburq Universitetində “Azərbaycan: Dünən,bu gün,sabah” mövzusunda elmi konfrans keçirilir.

 

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
azpost.info

1Mənbələr